SİYASƏT
Türkiyə mediası Prezident İlham Əliyevin Ağdamın azad edilməsi ilə bağlı xalqımıza müraciətini canlı yayımlayıb
Ankara, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdamın işğaldan azad olunması ilə əlaqədar xalqa müraciəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən qardaş ölkə ictimaiyyətinə canlı yayımla təqdim edilib.
AZƏRTAC xəbər verir ki, birgə bəyanata əsasən təcavüzkar Ermənistanın silahlı dəstələrinin geri çəkilməsi nəticəsində Ağdam rayonunun düşməndən azad edilməsi münasibətilə dövlətimizin başçısının noyabrın 20-də Azərbaycan xalqına müraciəti Türkiyə ictimaiyyətinin həsrətlə gözlədiyi xəbərlərdən idi. Prezident İlham Əliyevin müraciətindəki əsas fikirlər və çağırışlar Türkiyə mediasının manşet xəbərinə çevrilib.
Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad edilmiş Ağdam rayonu ərazisinə daxil olmasına dair proseslər iki gündür ki, Türkiyə KİV-lərinin əsas xəbəri kimi qalmaqdadır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [21:23]
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib
- 07.05.2024 [20:30]
Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK
- 07.05.2024 [19:35]
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]