DÜNYA


Türkiyə tarixində ən böyük maliyyə saxtakarlığında təqsirləndirilən üç nəfərdən ikisi saxlanılıb

İstanbul, 18 may, AZƏRTAC

Türkiyədə iki milyard ABŞ dolları məbləğində maliyyə saxtakarlığında ittiham olunan “Thodex” kriptovalyuta şirkətinin üç əsas şübhəli üzvündən ikisi saxlanılıb.

AZƏRTAC xəbər verir ki, ələ keçirilən həmin şəxslər “Thodex”in maliyyə və proqram təminatı şöbələrinin cavabdeh şəxsləri Rana Azap və Oral Çinardır.

Şirkətin qurucusu və sahibi Faruk Fatih Özer bu il aprelin 20-də iki milyard ABŞ dolları məbləğində pulu Albaniyaya qaçırıb. Barəsində “Interpol” tərəfindən axtarış elan edilən F.Özerin saxlanılması və ekstradisiyası üçün Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə albaniyalı həmkarı Bledar Cuci arasında telefon danışığı olub.

Prokurorluq tərəfindən “Thodex” şirkəti və onun qurucusu ilə bağlı açılan cinayət işi çərçivəsində başda İstanbul olmaqla, Türkiyənin səkkiz vilayətində əməliyyatlar başlayıb. Bu əməliyyatlar zamanı barəsində həbs qərarı çıxarılan 78 nəfərdən 62-si artıq saxlanılıb. Onlardan altısı həbs olunub. Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən verilən açıqlamada bildirilir ki, şirkətin İstanbulun Kadıköy rayonundakı şöbəsində aparılan axtarış zamanı çoxlu sayda rəqəmsal material və sənədlər ələ keçirilib.

Bu hadisə Türkiyə Respublikasının tarixində ən böyük maliyyə saxtakarlığı olduğu bildirilir.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.