DÜNYA


Türkiyə və ABŞ xarici siyasət idarələrinin rəhbərləri arasında telefon danışığı olub

Bakı, 20 iyul, AZƏRTAC

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub. AZƏRTAC Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, tərəflər Rusiyanın S-400 zenit-raket komplekslərinin tədarükü ətrafında yaranmış vəziyyət, Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələri, Suriyanın Manbic və İdlib bölgələrində mövcud durum, habelə bu ölkədə təhlükəsizlik zonasının yaradılması məsələlərini müzakirə ediblər.

Bu telefon danışığı Rusiyadan S-400 zenit-raket komplekslərinin hissələrinin Türkiyəyə tədarükünün başlanması, Vaşinqtonun Ankaranın F-35-lərin istehsalı proqramından çıxarılması haqqında bəyanatı, həmçinin Prezident Donald Trampın bu ölkəyə qarşı birtərəfli qaydada sanksiyaların tətbiqi imkanlarının öyrənilməsi barədə məlumatdan sonra iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin ilk təmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.