DÜNYA
Türkiyə və Rusiyanın xarici işlər nazirləri Alanyada danışıqlar aparırlar
Bakı, 1 dekabr, AZƏRTAC
Alanyada Türkiyə və Rusiya XİN-in başçıları Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında ikitərəfli danışıqlar başlayıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, görüşdən sonra Türkiyə-Rusiya Birgə Strateji Planlaşdırma Qrupunun 5-ci iclası keçiriləcək.
Rusiya Xarici İşlər Nazirliyinin görüş ərəfəsində verdiyi məlumata görə, müzakirələrin əsas mövzuları Yaxın Şərqdə və Şimali Afrika regionunda, xüsusən Suriyada vəziyyət, beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlıq olacaq. Nazirlər, həmçinin Cənubi Qafqazda və Mərkəzi Asiyada, Ukraynada vəziyyətlə bağlı məsələləri, beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlıq məsələsini müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]