MƏDƏNİYYƏT


Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib

İstanbul, 9 may, AZƏRTAC

Türkiyəli bəstəkar Turqay Evren Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələyib.

AZƏRTAC xəbər verir ki, “Many Years Ago” (İllər əvvəl) adlı mahnını amerikalı müğənni Della Miles ifa edib.

Bəstə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal edildiyi gün baş verən faciəvi hadisələrin yad edilməsi məqsədilə mayın 8-də tviter və yutub şəbəkələrində yayımlanıb.

Bununla bağlı mediaya müsahibə verən Turqay Evren bundan əvvəl də haqsızlığa uğrayan digər xalqlar üçün mahnılar bəstələdiyini bildirib: “Ermənilər Azərbaycanda dinc əhaliyə, o cümlədən qadınlara və uşaqlara qarşı çox sayda qanunsuzluq və cinayət törədiblər. Azərbaycan xalqının ağrıları uzun illər qəlbimdə əks-səda verirdi. Mahnının sözlərinin ingilis dilində yazılmasının əsas səbəbi isə bu vəhşiliyi daha geniş dünya auditoriyasına çatdırmaq idi. Digər ölkələrin də Qarabağ məsələsini eşitməsini istərdim. Amerikalı müğənni Della Miles ilə mahnını müzakirə etdik. Fikri dəstəklədi və birlikdə melodiyanı yekunlaşdırdıq. Mahnı Ali Tolga Demirtaş tərəfindən aranjiman edilib”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.