İDMAN


Türkiyədə ali təhsilli hər üç idmançıdan biri qadındır

İstanbul, 7 mart, AZƏRTAC

Türkiyənin İdman Baş İdarəsinin 60 federasiyada apardığı hesablamaların nəticələrinə əsasən, ölkədə 4 milyon 983 min 506 universitet məzunu idmançı var. Onlardan 1 milyon 679 min 471-i qadındır.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, ölkədə fəaliyyət göstərən 60 federasiyanın altısında ali təhsilli qadın idmançıların sayı kişilərlə müqayisədə daha çoxdur. Universitet məzunu olan qadınların sayına görə birinci yerdə Şahmat Federasiyasıdır. Bu federasiyada ali təhsilli qadınların sayı 293 min 725 nəfərdir. İkinci və üçüncü yerlərdə 187 min 834 nəfərlə voleybol, 159 min 66 nəfərlə taekvondo federasiyaları qərarlaşıb.

Araşdırma nəticəsində, həmçinin məlum olub ki, atçılıq, gimnastika, rəqs idmanı, milli rəqs üzrə də ali təhsilli idmançılar arasında qadınlar üstünlük təşkil edirlər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.