DÜNYA
Türkiyədə altı terrorçu zərərsizləşdirilib
Ankara, 13 avqust, AZƏRTAC
Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində davam etdirdiyi antiterror əməliyyatı nəticəsində daha altı terrorçu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat nəticəsində Hakkari və Bitlis vilayətlərinin hər birində üç nəfər olmaqla zərərsizləşdirilən altı terrorçunun hamısı silahlı olub. Onların şəxsiyyəti araşdırılır.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, Suriya ərazisində “Zeytun budağı” antiterror əməliyyatının keçirildiyi əraziyə daxil olmaq istəyən 2 nəfər PKK/YPG terrorçusu həbs olunub. Bundan başqa, Türkiyə qırıcılarının İraqın şimalındakı terror düşərgələrini bombalaması nəticəsində Haftanində iki, Zapda isə bir PKK terrorçusu məhv edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]