DÜNYA
Türkiyədə axtarışda olan üç terrorçu məhv edilib
Ankara, 21 sentyabr, AZƏRTAC
Türkiyədə həyata keçirilən “İldırım-3” antiterror əməliyyatı çərçivəsində Hatay vilayətinin Amanoslar ərazisində məhv edilən üç terrorçunun Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olduğu müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin həmin terrorçuların hər birinin ələ keçirilməsi üçün 500 min türk lirəsi (təxminən 70 min ABŞ dolları) məbləğində mükafat nəzərdə tutduğu məlum olub. Məhv edilən terrorçular “Hüseyn” ləqəbli Cihan Erbaş, “Ciğer Amed” ləqəbli Serhat Aykul və “Ali Norşin” ləqəbli Şefik Körmandır. Onların üçü də müxtəlif cinayət əməllərində ittiham edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]