DÜNYA
Türkiyədə baş vermiş zəlzələ nəticəsində bəzi binalar dağılıb
İstanbul, 30 oktyabr, AZƏRTAC
Türkiyənin Egey bölgəsində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində bəzi tikililər dağılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İzmir valisi Yavuz Selim Kösger hadisə barədə ilkin məlumatda bildirib.
Məlumatda şəhərin Bayraklı və Bornova bölgələrində binaların dağıldığı, ərazidə toz dumanının olduğu bildirilir. Hazırda əraziyə xüsusi xilasedici briqadalar cəlb olunub. Xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur. Qeyd edək ki, otuz saniyə davam edən zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur. Təkanların ocağı yerin 16,54 kilometr dərinliyindədir.
Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]