DÜNYA
Türkiyədə prezident və parlament seçkilərində səsvermə başlanıb
İstanbul, 24 iyun, AZƏRTAC
İyunun 24-də Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə səsvermə başlayıb. Ankara vaxtı ilə saat 8.00-da başlanan səsvermə saat 17.00-da başa çatacaq.
AZƏRTAC xəbər verir ki, iyunun 23-də saat 18.00-dan qadağan edilən təbliğat kampaniyası səsvermə başa çatana qədər qüvvədədir.
Prezidentlik uğrunda Rəcəb Tayyib Ərdoğan, Doğu Perinçek, Meral Akşenər, Məhərrəm İncə, Səlahəddin Dəmirtaş və Teməl Karamollaoğlunun mübarizə aparır.
Türkiyə Böyük Millət Məclisindəki 600 mandat uğrunda mübarizəyə isə 8 siyasi partiyanı təmsil edən namizədlər qatılıblar.
Səsvermə prosesini izləmək üçün 34 ölkədən 650 KİV təmsilçisinə, eləcə də 500 yaxın beynəlxalq müşahidəçiyə icazə verilib.
Ali Seçki Komissiyasının məlumatına görə, səsvermənin ilkin nəticəsinin günün sonunadək açıqlanması nəzərdə tutulub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]