İQTİSADİYYAT
Türkiyədən Azərbaycana aviareyslər təxirə salınmayıb VİDEO
Bakı, 18 fevral, S.İsgəndərova, AZƏRTAC
Türkiyədə müşahidə olunan əlverişsiz hava şəraiti “Azərbaycan Hava Yolları”nın reyslərinə təsir etməyib.
Bunu AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib.
O deyib ki, gün ərzində Türkiyədən Azərbaycana reyslər həyata keçiriləcək. “Hələlik uçuşların təxirə salınması ilə bağlı heç bir məlumat verilməyib. Təyyarə reysləri cədvələ əsasən həyata keçirilir”, - deyə o bildirib.
Qeyd edək ki, Türk Hava Yolları əlverişsiz hava şəraiti səbəbindən rəsmi internet saytında sərnişinlərə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, səyahət edən sərnişinlər uçuşlarla bağlı son vəziyyət haqqında məlumatları internet saytı və çağırış mərkəzləri vasitəsilə ala bilərlər.