MƏDƏNİYYƏT


Türkiyəli “Robinzon nənə”nin həyatı ekranlaşdırılır

İstanbul, 10 sentyabr, AZƏRTAC

Doğma kəndindən küsərək 36 ildir Türkiyənin Karakısrak yaylasında tək yaşayan Fadime Kayacının həyatı ekranlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bölgədə “Robinzon nənə” olaraq tanınan Fadime Kayacı 1984-cü ildə yanına gələn 14 yaşlı qohumu Ali Haydar Kayacının ölümündən sonra özünü tənhalığa məhkum edib. Yaşının irəliləməsinə baxmayaraq hər çətinliyə sinə gərən bu qadının həyat hekayəsi ətrafda yaşayanlarla yanaşı, ictimaiyyətin də böyük marağına səbəb olub.

Hazırda bu yaşlı qadının həyat hekayəsindən bəhs edən sənədli film hazırlanır. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən “Fatma Kayacının bilinməyən hekayəsi” adlı filmin rejissoru Orhan Tekelioğludur. Artıq bir aydır çəkilişləri davam edən filmin yaxın zamanda ekranlara çıxması gözlənilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.