CƏMİYYƏT


Türkiyəli psixoloqlar göstərdikləri xidmətlərə görə FHN-in fəxri fərmanları ilə təltif olunublar

Bakı, 13 iyul, AZƏRTAC

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə yanvar ayından ölkəmizə gələn və Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyası ilə məşğul olan türkiyəli psixoloqların bir qrupu ilə görüşüb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı türkiyəli psixoloqların fəaliyyətinin yüksək qiymətləndirildiyini vurğulayan nazir müavini onlara təşəkkür edib. O, mütəxəssislərə çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Görüşdə psixoloji yardım işinin təşkili istiqamətində fikir mübadiləsi aparılıb, görüləcək işlər müzakirə olunub.

Türkiyəli psixoloqlar göstərdikləri xidmətlərə görə Fövqəladə Hallar Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar. Fəxri fərmanları qonaqlara FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi general-mayor Elşad Hüseynov təqdim edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.