DÜNYA


Türkiyənin Muğla vilayətində baş verən yanğında 80 hektar ərazi zərər görüb

İstanbul, 30 iyul, AZƏRTAC

Türkiyənin Muğla vilayətinin Milas və Bodrum rayonlarında iki gündür davam edən yanğınlar nəzarət altına alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qardaş ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.

Nazir adıgedən ərazilərdə soyutma işlərinin aparıldığını bildirib. İlkin hesablamalara əsasən, burada 80 hektar ərazinin zərər gördüyü müəyyənləşib.

Qeyd olunub ki, hazırda altı vilayətin 18 bölgəsində yanğınlar hələ də davam edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.