DÜNYA


Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi Aralıq dənizinin şərqində fəaliyyət göstərəcək

Ankara, 10 avqust, AZƏRTAC

Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi “Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə Aralıq dənizinin şərqində Kipr adası sahillərində seysmik araşdırmalar aparacaq. Bunla bağlı avqustun 23-dək yeni “Navtex” (dənizçilərə elan) elan edilib.

AZƏRTAC xəbər verir ki, “Oruç Reis” seysmik gəmisi kontinental sahə və təbii qaynaq axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, bu gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. “Oruç Reis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz “Oruç Reis” seysmik araşdırma gəmisinin yeni xidmətinə başlamaq üçün çıxdığı Antalyadan artıq Aralıq dənizinin şərqinə çatdığı barədə məlumat verərək bildirib ki, Türkiyənin enerji təhlükəsizliyini qorunmaq üçün Aralıq və Qara dənizlərində işlər fasiləsiz olaraq davam edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.