REGİONLAR


Türkiyənin gənclik və idman bayramı Gəncədə də qeyd edilib

Gəncə, 19 may, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə 19 may - Atatürkü anma, Gənclər və İdman Bayramı Günü qeyd edilib.

Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyətinin təmsilçiləri, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Türkiyənin Gəncədəki Baş Konsulluğunun binası önündən Xan Bağına yürüş ediblər.

Parkda günün mahiyyətini simvolizə edən çinar ağacı əkilib.

Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk hər il 19 may tarixində qeyd olunan bu əlamətdar günün əhəmiyyətindən danışıb.

Qeyd edilib ki, 19 may 1919-cu ildə Mustafa Kamal Atatürk “Bandırma” (İstanbuldan hərəkət edən) gəmisi ilə Samsuna gəlib. Antanta dövlətlərinin işğalına qarşı olan Qurtuluş Müharibəsinin Başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib. Həmçinin 19 may 1919-cu il, Türkiyə tarixində qurtuluş savaşının başlanğıcı hesab edilir.

Tədbirdə çıxış edənlər iki dövlət arasında tarixi əlaqələrdən, qardaşlıq münasibətlərindən söz açıb, bu əlaqələrin günü-günüdən möhkəmləndiyini vurğulayıblar.

Tədbirdə Gəncə Dövlət Filarmoniyasının solistiləri və Gəncə Dövlət Dram Teatrı aktyorları çıxış ediblər. Şəhərdə fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin idmançılarının nümunəvi çıxışları izlənilib.

Həmçinin Gəncə Uşaq Evinin, Musiqi Kollecinin “Buta” Vokal İnstrumental Ansamblının, Gəncə Uşaq Gənclər İnkişaf Mərkəzinin “Azərin” qəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.