CƏMİYYƏT
Türkiyəyə köməyə gələn Azərbaycan yanğınsöndürənlərindən ibarət qrup Marmaris bölgəsində fəaliyyətə başlayıb
Muğla, 31 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi istiqamətində fəaliyyətə başlayıb.
Hadisə yerində olan AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 31-də yerli vaxtla təxminən saat 9:00-da (Bakı vaxtı ilə saat 10:00) Muğla vilayətinin Marmaris bölgəsində işə başlayan yanğınsöndürənlərimiz yanğının ən qaynar nöqtələrindən birində fəaliyyət göstərirlər.
Qrupun tərkibində FHN-nin100 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət dəstə üzvlərinin fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin ediliblər.
Hazırda yanğının lokallaşdırılması üçün yanğınsöndürən helikopterlərdən istifadə olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla