DÜNYA
Türkmənistan prezidentliyinə namizədlərin qeydiyyatı başa çatıb
Aşqabad, 23 fevral, AZƏRTAC
Türkmənistanın Seçki və Referendum üzrə Mərkəzi Komissiyası ölkə prezidentliyinə iki yeni namizəd qeydə alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Türkmənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun prorektoru Xıdır Nunnayev və Türkmənistan Demokratik Partiyasının Saparmırat Türkmənbaşı vilayət Komitəsinin sədri Maksat Odeşov da qeydiyyatdan keçib.
Türkmənistan Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatının başa çatdığını elan edib.
Türkmənistanın Seçki və Referendum üzrə Mərkəzi Komissiyasında 9 namizəd qeydə alınıb. Onlardan 3-ü siyasi partiyalar, 6-sı isə vətəndaşların təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Xatırladaq ki, Türkmənistanda növbədənkənar prezident seçkiləri martın 12-də keçiriləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]