ELM VƏ TƏHSİL


“Tvinninq” layihəsinin Azərbaycan təhsil sisteminin inkişafına verdiyi töhfələr müzakirə edilib

Bakı, 13 sentyabr, AZƏRTAC

“Tvinninq” layihəsinin Fransa, Litva və Latviyadan olan rəhbərləri Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyevlə görüşüblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor nümayəndələrə rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib.

Görüşdə “Tvinninq” layihəsinin Azərbaycan təhsil sisteminin inkişafına verdiyi töhfələr müzakirə edilib və AzTU-da layihə çərçivəsində görülən işlərdən danışılıb. “Tvinninq” layihəsinin tətbiqinin ali təhsilin modernləşdirilməsi, beynəlmiləlləşdirilməsi, müasir tədris texnologiyalarından istifadənin artırılması və bütövlükdə ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığının təkmilləşdirilməsi baxımından yeni imkanlar yaratdığı bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.