İDMAN
UEFA Avropa Liqası: “Milan” və “Arsenal” pley-off mərhələsinə vəsiqəni təmin ediblər
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 23-də futbol üzrə UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin beşinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ilk günündə 12 qrupda ümumilikdə 24 matç oynanılıb.
İtaliyanın “Milan” klubu öz meydanında Avstriyanın “Austriya” komandasını böyük hesabla məğlubiyyətə uğradıb - 5:1. Türkiyə təmsilçilərindən “Konyaspor” komandası doğma meydanda Fransanın “Olimpik” (Marsel) klubunu qəbul edib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Maraqla gözlənilən qarşılaşmalardan biri isə “Köln” ilə “Arsenal” klubları arasında oynanılıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Turun digər qarşılaşmaları aşağıdakı kimi yekunlaşıb:
“A” qrupu
“Astana” (Qazaxıstan) - “Vilyarreal” (İspaniya) - 2:3
“Makkabi” (İsrail) - “Slaviya” (Çexiya) - 0:2
“B” qrupu
“Skenderbeu” (Albaniya) - “Dinamo” (Kiyev, Ukrayna) - 3:2
“Partizan” (Serbiya) - “Yanq Boyz” (İsveçrə) - 2:1
“C” qrupu
“Braqa” (Portuqaliya) - “Hofenhaym” (Almaniya) - 3:1
“Ludoqorets” (Bolqarıstan) - “Başakşehir” (Türkiyə) - 1:2
“D” qrupu
“AEK” (Yunanıstan) - “Riyeka” (Xorvatiya) - 2:2
“E” qrupu
“Everton” (İngiltərə) - “Atalanta” (İtaliya) - 1:5
“Lion” (Fransa) - “Apollon” (Kipr) - 4:0
“F” qrupu
“Lokomotiv” (Moskva, Rusiya) - “Kopenhagen” (Danimarka) - 2:1
“Şerif” (Moldova) - “Zlin” (Çexiya) - 1:0
“G” qrupu
“Luqano” (İsveçrə) - “Hapoel” (Beer-Şeva, İsrail) -1:0
“Viktoriya” (Plzen, Çexiya) - “Styaua” (Rumıniya) - 2:0
“H” qrupu
BATE (Belarus) - “Srvena Zvezda” (Serbiya) - 0:0
“I” qrupu
“Zalsburq” (Avstriya) - “Gimaraeş” (Portuqaliya) - 3:0
“J” qrupu
“Ostersun” (İsveç) - “Zarya” (Ukrayna) - 2:0
“Atletik” (İspaniya) - “Herta” (Almaniya) - 3:2
“K” qrupu
“Latsio” (İtaliya) - “Vitess” (Hollandiya) “Nitsa” (Fransa) - 1:1
“Nitsa” (Fransa) - “Zülte-Varegem” (Belçika) - 3:1
“L” qrupu
“Zenit” (Rusiya) - “Vardar” (Makedoniya) - 2:1
“Real Sosyedad” (İspaniya) - “Rusenborq” (Norveç) - 0:1.