İDMAN
UEFA Avropa Liqası: “Neftçi” - “Bney Yehuda” oyununa start verilib
Bakı, 8 avqust, Nicat Məmmədov, AZƏRTAC
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”-“Bney Yehuda” komandalarının görüşünə start verilib.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da oynanılan görüşdə “Neftçi” meydançaya Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Kirilo Petrov, Ömər Buludov, Emin Mahmudov, Soni Mustivar, Platellas, Dario Frederiko, Rauf Əliyev və Jozef-Monrozdan ibarət heyətlə çıxıb.
Qonaqların start heyətində isə Zubas, Mori, Koen, Pnişı, Felcer, Rustom, Mazor, Soro, Saqas, Yan və Qadir yer alıblar.
Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Kərim Abeddir. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edirlər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirir.
Oyun CBC sport telekanalı ilə canlı yayımlanır.
Xatırladaq ki, “Neftçi” birinci təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını məğlub edib (3:0, 6:0), ikinci təsnifat mərhələsində isə Rusiyanın “Arsenal” klubuna hər iki görüşdə qalib gəlib (1:0, 3:0).