İDMAN
UEFA Çempionlar Liqası: qrup mərhələsinin birinci həftəsinin ən yaxşı qolu müəyyənləşib
Bakı, 23 sentyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının qrup mərhələsinin sentyabrın 17-18-də oynanılan birinci turunun görüşlərində vurulan qolların arasında ən yaxşısı seçilib.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, İtaliyanın “Yuventus” komandasının kolumbiyalı futbolçusu Xuan Kuadradonun səfərdə İspaniyanın “Atletiko Madrid” klubunun qapısına vurduğu qol həftənin ən yaxşısı seçilib.
Futbolçu səsvermə nəticəsində “Paris Sen-Jermen” klubunun hücumçusu Anxel Di Mariyanı, “Ayaks”ın yarımmüdafiəçisi Edson Alvarezi və “Tottenhem”in futbolçusu Lukas Mauranı qabaqlayıb.
Xatırladaq ki, həmin qarşılaşmada “Yuventus” 2:0 hesabı ilə irəlidə olsa da, meydan sahibləri əsas vaxtın başa çatmasına 20 dəqiqə qalmış oyunda dönüş yaradaraq heç-heçəyə nail olublar.
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun oyunları oktyabrın 1-2-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]