İDMAN


UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı Lukas Maura seçilib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu, İngiltərənin “Tottenhem” klubunun hücumçusu Lukas Mauradır.

Braziliyalı Hollandiyanın “Ayaks” klubunu 3:2 (ilk oyun - 0:1 ) hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündə het-trik edib və komandasının finala çıxmasında böyük payı olub.

Qeyd edək ki, “Tottenhem” Çempionlar Liqasının finalında İngiltərənin digər təmsilçisi “Liverpul”la üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.