İDMAN


UEFA Konfrans Liqası: “Qarabağ” - “Omoniya” matçı başlayıb

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu doğma meydanda Kiprin “Omoniya” komandasını qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan görüşü danimarkalı FIFA referisi Morten Krox idarə edir.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxıblar.

“Omoniya” klubunun ilk onbirliyində isə Fransis Uzoho, Paris Psaltis, Kiko, Erik Boteak, Mixal Dyuriş, Takis Zaxariu, Adam Lanq, Nikolas Panayotu, Haralambos Haralambus, Andronikos Kakulli və Andreas Asimenos yer alıblar.

Qrupun digər matçında İsveçrənin "Bazel" klubu səfərdə "Kayrat"ı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.