İDMAN
UEFA futbol klublarının yeni reytinq cədvəlini açıqlayıb
Bakı, 25 noyabr, AZƏRTAC
UEFA futbol klublarının yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ötən gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiyada "Slovan"a 0:3 hesabı ilə məğlub olan Ağdamın “Qarabağ” klubu reytinqdə ilk yüzlüyü tərk edib. Belə ki, Ağdam təmsilçisi hazırda 18,050 xalla 103-cü sırada qərarlaşıb. "Qarabağ"ın rəqiblərindən "Fiorentina" (İtaliya) 24-cü (63,366), PAOK (Yunanıstan) 59-cu (31,680), "Slovan" isə 82-cidir (25,015).
Belçikanın “Anderlext” komandasına uduzan “Qəbələ” klubu (1:3) 182-ci pilləyə enib. Komandamızın hesabında 7,800 reytinq xalı var. “Qəbələ”nin rəqiblərinə gəlincə, "Anderlext" 35-ci (49,480), "Sent-Etyen" (Fransa) 56-cı (32,566), "Maynts" (Almaniya) 92-ci (20,671) pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]