İQTİSADİYYAT


UKRAYNA ŞİRKƏTİ ARDNŞ-Ə OLAN BORCUNU QAYTARACAQDIR

Ukraynanın "Ukrresursı" dövlət səhmdar şirkəti 2002-ci ildə aldığı dizel yanacağına görə Azərbaycan Dövlət Neft Şirkətinə olan borcunu bu ilin oktyabr ayına qədər ödəyəcəkdir.

Dost ölkənin Bakıdakı səfirliyi yanında ticari-iqtisadi missiyadan AZƏRTAC-ın müxbirinə demişlər ki, 1999-cu ilin yayında bağlanmış hökumətlərarası saziş çərçivəsində Ukraynanın kənd təsərrüfatı ehtiyacları üçün 500 min ton dizel yanacağı göndərilməsi nəzərdə tutulmuşdu. Ötən ilin aprelinədək 130 min ton göndərilmişdir. "Ukrresursı" isə vəsaitin 80 faizini ödəmişdir. Hazırda bu şirkətin ARDNŞ-ə 5,3 milyon ABŞ dolları borcu qalmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.