“ÜMİD YERİ” UŞAQ SIĞINACAĞINA QAYĞI
Dövlət Neft Şirkəti ilə “Ümid yeri” qeyri-hökumət təşkilatı və həmin təşkilatın təsis etdiyi eyni adlı uşaq sığınacağı arasında sıx münasibət yaranmışdır.
Təşkilatdan AZƏRTAC-a verilən məlumata görə, şirkətin nümayəndələri tez-tez QHT-nin rəhbərləri ilə əlaqə saxlayır, sığınacaqdakı kimsəsiz uşaqların problemləri ilə maraqlanır, “Ümid yeri”nə maddi və mənəvi yardımlarını əsirgəmirlər. ARDNŞ həmkarlar ittifaqı təşkilatının təmsilçiləri bu günlərdə müəssisəyə baş çəkmiş, uşaqlara hədiyyələr təqdim etmişlər. QHT-nin rəhbəri Natiq Mənsimli diqqət və qayğıya görə razılığını bildirmişdir.