CƏMİYYƏT
UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat ianə edib
Bakı, 24 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi şurasının bu gün onlayn keçirilən iclasında verilmiş qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat köçürülüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, həmçinin UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi 1000 manat, UNEC Həmkarlar ittifaqı Komitəsi 2000 manat vəsaiti fonda ianə edib.
Məlumat üçün bildiririk ki, bundan əvvəl UNEC-in rektoru, professor Ədalət Muradov biraylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb və UNEC kollektivinin üzvləri də rektorun təşəbbüsünü dəstəkləyərək könüllü olaraq aylıq maaşlarının bir hissəsi həcmində həmin fonda maliyyə dəstəyi göstəriblər. Proses davam edir.