ELM VƏ TƏHSİL
UNEC: Ulu Öndərə həsr olunan şahmat turnirinin qalibləri bəlli oldu
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan onlayn şahmat turniri keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, “Chess.com” saytı üzərindən təşkil olunan turnirdə 27 tələbə qələbə uğrunda mübarizə aparıb.
Sonda Biznes və menecment fakültəsinin tələbəsi Elvin Əliyev yarışın qalibi olub. İkinci yerə Mühəndislik fakültəsindən Zaur Həsənov, III yerə isə Beynəlxalq İqtisadiyyat Məktəbindən Elgün Abdullayev çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:55]
ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”
- 08.05.2024 [16:03]