ELM VƏ TƏHSİL
UNEC-də “BP Azərbaycan” şirkətinin nümayəndələri ilə görüş olub
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “BP Azərbaycan” şirkətinin Beynəlxalq təcrübə və işə qəbul proqramları barədə təqdimat keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, şirkətin İnsan resursları strukturunun işçi heyəti tələbələrə “BP Azərbaycan”ın fəaliyyət istiqamətləri, təcrübə proqramları, işə qəbul prosesi və vakansiyalar barədə məlumat verib.
Tədbirdə iştirak edən Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev “BP Azərbaycan” ilə əməkdaşlığın əhəmiyyətindən danışaraq, tələbələri şirkət tərəfindən təklif olunan proqramlarda fəal iştirak etməyi tövsiyə edib.
UNEC-in Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən təqdimatda bakalavr və magistrantlar canlı müsahibə və onlayn qeydiyyat prosesində də iştirak ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]