ELM VƏ TƏHSİL


UNEC-də distant təlimlər yekunlaşıb

Bakı, 4 avqust, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə distant tədris sahəsində müəllimlərin bilik və bacarıqlarının daha da artırılması məqsədilə keçirilən onlayn təlimlər sentyabrın 4-də yekunlaşıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, təlimlər “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusuna həsr olunub. Təlimlər ABŞ-ın Şimali Dakota, Kanzas, Corc Vaşinqton, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər, eləcə də Türkiyənin distant təhsil sahəsində ən geniş təcrübəsi olan Anadolu Universitetinin professorları tərəfindən keçirilib. Təlimçilərin təqdimatları dörd dilə (Azərbaycan, rus, ingilis, türk) tərcümə olunaraq iştirakçıların e-mail ünvanlarına göndərilib.

Təlimlərdə 10 məruzəçi distant və ənənəvi təhsillərin oxşar və fərqli xüsusiyyətləri, distant təhsilin informasiya-resurs təminatı, müvafiq sahədə interaktivliyin təmini, mühazirə dərslərinin təşkili məsələləri, sərbəst işlərin yerinə yetirilməsi qaydaları, tələbə motivasiyasını yüksəldən tədris metodları, tələbələrlə dərsdənkənar əlaqənin effektiv qurulması (Google Classroom proqramı), seminar-məşğələlərin təşkili və qiymətləndirmə üsulları mövzularında çıxış edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.