ELM VƏ TƏHSİL


UNEC-in Nizamnaməsi və “UNEC-100” İnkişaf Strategiyası fakültələrə təqdim edilib

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Nizamnaməsindən və “UNEC-100” İnkişaf Strategiyasından irəli gələn məsələlərin həlli məqsədilə fakültələrdə görüşlər davam edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat, texnologiya və dizayn, ekspertiza və standartlaşdırma fakültələri və Rus İqtisad Məktəbində keçirilən görüşdə professor-müəllim heyətinə hər iki mühüm sənəd barədə ətraflı məlumat verilib.

UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov Nizamnamədə əks olunan ümumi müddəalar, universitetin fəaliyyətinin məqsəd və istiqamətləri, vəzifə və hüquqlarından danışıb, nizamnamədən irəli gələn məsələlərin yerinə yetirilməsi ilə bağlı kollektiv qarşısında duran vəzifələrdən söz açıb.

UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə isə 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan “UNEC-100” İnkişaf Strategiyası”nın strateji məqsəd və strateji hədəflərindən bəhs edib. Strategiyanın uğurlu icrası üçün professor-müəllim heyətinin fəaliyyətinin müəyyən olunan hədəflər istiqamətində qurulmasının vacibliyini vurğulayıb.

Sonda professor-müəllim heyətinin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.