ELM VƏ TƏHSİL


UNEC-in müəllimi Azərbaycanın ən gənc alimlərindən biri oldu

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Cavid Süleymanlı 26 yaşında doktorantura təhsilini başa vuraraq, ölkənin ən gənc alimlərindən biri oldu.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində UNEC ilə müqaviləsi olan Cavid Süleymanlı, İstanbul Universitetində aldığı doktorantura təhsilini uğurla başa vurub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, 2019/2020-ci tədris ilindən İqtisadiyyat və işlətmə kafedrasında müəllim kimi çalışan Cavid Süleymanlı bakalavr təhsilini menecment ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistr təhsilini isə Türkiyənin Mərmərə Universitetində bitirib.

Gənc alimin yüksək impakt faktorlu jurnallar da daxil olmaqla, yerli və beynəlxalq nəşrlərdə 18 elmi məqaləsi dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.