ELM VƏ TƏHSİL
UNEC-in tələbələrinə ümummilli lider Heydər Əliyevin xüsusi xidmət orqanlarında fəaliyyətindən danışılıb
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaradılmasının 100 illik yubileyi münasibətilə “Ümummilli lider Heydər Əliyevin xüsusi xidmət orqanlarında fəaliyyəti və xüsusi xidmət orqanı anlayışı” mövzusunda tədbir keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, iqtisadi məsələlər üzrə prorektor, dosent Mikayıl Zeynalov ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında xüsusi xidmət orqanlarının mühüm rol oynadığını vurğulayıb. Ümummilli lider Heydər Əliyevin xüsusi xidmət orqanlarında milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətindən söz açan prorektor, Ulu Öndərin vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırıb. Dahi şəxsiyyətin qətiyyəti və cəsarəti sayəsində təhlükəsizlik orqanlarında tədricən milliləşdirmə siyasətinin həyata keçirildiyini, bu siyasətin bu gün də xüsusi xidmət orqanlarında tətbiq edildiyini vurğulayıb.
DTX-nin nümayəndəsi Tural Məmmədov tədbirdə xüsusi xidmət orqanı anlayışı ilə bağlı təqdimatla çıxış edib. Gənclərə bəzi qüvvələrin apardığı yanlış təbliğatlar barədə maarfləndirici məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.