ELM VƏ TƏHSİL


UNEC qəhrəmanlarına həsr olunan tədbir keçirilib

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi, Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik Təşkilatı ilə birgə şəhidlərə həsr edilən "UNEC qəhrəmanları" adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, tədbirdə Vətən müharibəsinin qazisi, baş leytenant Pərvin Abdullayev keçdiyi döyüş yolundan danışılıb. Şəhid ailələrinin ailə üzvləri Vətən uğrunda canlarından keçən qəhrəmanlarımız barədə xatirələrini bölüşüblər.

Görüşdə yazıçı Nəcibə İlkin şəhidlər haqqında müəllifi olduğu şeirləri səsləndirib, UNEC şəhidlərindən bəhs edən kitab yazacağını diqqətə çatdırıb.

Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulovanın rəhbərliyi ilə təşkil olunan bədii hissədə isə şəhidlərlə bağlı şeir söylənilib.

İstiqlal Muzeyinin əməkdaşı muzeydə şəhidlərə həsr olunan guşənin yaradılacağını bildirib.

Türk Dünyası İqtisad fakültəsinin dekan müavini Cəvahir Məmmədova universitetin şəhid olmuş məzunları ilə bağlı fikirlərini bölüşüb.

Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik Təşkilatının rəhbəri Ceyran Səttarova Vətən müharibəsinin iştirakçılarına və şəhidlərə həsr olunan tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, bu tədbirlərin davamlı olmasının, qəhrəmanlarımızın unudulmaması və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından vacibliyini vurğulayıb.

Sonda UNEC-in Distant qiyabi və əlavə təhsil mərkəzinin Tələbə Həmkarları İttifaqı Komitəsinin sədri, ehtiyatda olan hərbçi Günay Ağazadə şəhidlik zirvəsinin ucalığından danışıb, qəhrəmanlarımızın həyat yolunun hər bir gənc üçün örnək olduğunu deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.