CƏMİYYƏT


ÜST Azərbaycanda koronavirusla mübarizə istiqamətdə görülən işləri yüksək qiymətləndirib

Tbilisi, 6 oktyabr, AZƏRTAC

Tbilisidə keçirilən “COVID-19: Qazanılmış nəticələr” adlı beynəlxalq konfransda Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri, eləcə də ictimai səhiyyənin təşkili istiqamətində gördüyü işlər beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sığorta fəaliyyətinin təşkilinə nəzarət şöbəsinin müdiri Qasım Əmrahlı söyləyib.

Onun sözlərinə görə, pandemiya dövründə ölkəmizdə görülən işlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Konfransda ölkəmizdə pandemiya dövründə ictimai səhiyyənin təşkili istiqamətində görülmüş işlər və əldə olunmuş uğurlar barədə məlumatlar verilib. Ölkəmizin səhiyyə strategiyası, pandemiya dövründə görülmüş işlərlə bağlı məruzələr dinlənilib.

TƏBİB nümayəndəsi deyib ki, COVID-19 infeksiyasına qarşı profilaktik tədbirləri çərçivəsində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq edib. ÜST-ün verdiyi tövsiyələr operativ qərargahın nümayəndələri tərəfindən nəzərə alınıb və müvafiq tədbirlər görülüb.

“Bütün bunlar, Azərbaycanda COVID-19-la mübarizə sahəsində görülmüş işlər, habelə ölkəmizin ÜST-ə və bəzi ölkələrə göstərdiyi maliyyə yardımı yüksək qiymətləndirilib”, - deyə Q.Əmrahlı vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.