REGİONLAR
Ucar heyvandarlarına ötən il 74 min 400 manat subsidiya verilib
Ucar, 8 yanvar, AZƏRTAC
Ucar rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və son illər fermerlər, eləcə də fiziki şəxslər mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar. Bu sahədə hər cins buzova görə dövlət tərəfindən ödənilən subsidiyanın da təsiri az deyil.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yola saldığımız 2019-cu ildə 1566 baş heyvanda süni mayalandırma aparılıb, 758 baş cins buzov alınıb. Süni mayalandırılan heyvanların sayı əvvəlki ildəkindən 511 baş çoxdur. Keçən il cins buzovların da sayı müvafiq olaraq 192 baş artıb. Bu, əlbəttə, heyvandarların cins mala olan marağı ilə əlaqədardır.
Təsadüfi deyildir ki, rayonun heyvandarlarına cins buzova görə 74 min 400 manat subsidiya verilib. Bu, 2018-ci ildəkindən 19 min 100 manat çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]