REGİONLAR
Ucarda çəltik əkini başa çatıb
Ucar, 29 iyun, AZƏRTAC
Ucar rayonunun torpaq mülkiyyətçiləri çəltik əkinini başa çatdırıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 550 hektar sahədə çəltik əkilib. Builki mövsümdə çəltik rayonun Şahlıq, Alpout, Boyat, Bağman, Təzə Şilyan və Qaziyan ərazi dairələrində əkilib. Bu ərazilərdə çəltikçilik artıq ənənəvi sahədir və əkinçilər gələcək bol məhsul üçün aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə görülməsinə ciddi diqqət yetirirlər. Belə ki, əkinqabağı sahələrdə hamarlama, mallama, tirləmə işləri aparılıb və normaya uyğun su ilə doldurulub.
Hazırda sahələrdəki su dəyişdirilir, alaq otlarına qarşı mübarizə işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]