REGİONLAR
Ucarda ev yanıb
Ucar, 8 oktyabr, AZƏRTAC
Ucar rayonunun Qarabörk kəndində ev yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün gündüz saatlarında baş verib. Belə ki, kənd sakini Fəqan Soltan oğlu Əhmədova məxsus birmərtəbəli, 3 otaqlı, ümumi sahəsi 200 kvadratmetr olan evdə güclü yanğın olub. Hadisə yerinə FHN-in Ucar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı evin 40 kvadratmetr sahəsi əşyaları ilə birlikdə yanıb. Yanğının elektrik xəttindəki qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:43]
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə
- 26.04.2024 [12:33]