MƏDƏNİYYƏT
Üç ölkənin opera ifaçıları eyni səhnəni bölüşüblər
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Boqema” operası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər zaman olduğu kimi, bu dəfə də solistlərin ifasında səslənən ariya və duetlər, habelə xor və orkestrin çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşada Mimi partiyasını Ukraynanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı Olqa Naqornaya, Marsel partiyasını isə Belarus Akademik Böyük Opera və Balet teatrının solisti, Belarusun Əməkdar Artisti Vladimir Qromov canlandırıblar.
Səhnə əsərində, həmçinin teatrın istedadlı vokalçıları Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev və Əkrəm Poladov rol alıblar.
Səhnə əsərini Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]