İQTİSADİYYAT


Üç rübdə Mərkəzi Bankın 4,9 milyard manatlıq notları qeydiyyata alınıb

Bakı, 17 noyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında ölkədə Mərkəzi Bankın 4 milyard 990 milyon manat dəyərində notları, 725 milyon manat dəyərində dövlət istiqrazları, 636,5 milyon manat dəyərində korporativ istiqrazları, 392,8 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 4 milyard 307,3 milyon manatlıq notları, 711,4 milyon manatlıq dövlət istiqrazları, 559 milyon manatlıq korporativ istiqrazları və 148,4 milyon manatlıq səhmlər yerləşdirilib.

Üç rübdə nominal dəyəri 1 milyard 296 milyon manat olan korporativ istiqrazları, 383,2 milyon manatlıq dövlət istiqrazları, Mərkəzi Bankın 255,4 milyon manatlıq notları və 108 milyon manatlıq səhmlər tədavüldə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.