DÜNYA


Ukrayna Təhlükəsizlik Xidməti Baş Nazirin gizli səs yazısı ilə bağlı cinayət işi açıb

Kiyev, 18 yanvar, AZƏRTAC

Ukrayna Təhlükəsizlik Xidməti Baş Nazir Aleksey Qonçarukun müşavirədə səsinin gizli yazılması faktı ilə bağlı cinayət işi açıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka bildirib.

Baş prokuror deyib ki, artıq cinayət işi açılıb və istintaqı Ukrayna Təhlükəsizlik Xidməti aparacaq.

Qeyd edək ki, bu gün Baş Nazir A.Qonçaruk vəzifəsindən istefa verdiyini bəyan edib. Bir neçə gün öncə sosial şəbəkələrdə onun iştirakı ilə keçirilən müşavirənin gizli səs yazısı yayılıb. Səs yazısında A.Qonçaruk iqtisadiyyatda naşı olduğunu etiraf edib. Onun müşavirədə ölkə Prezidenti haqqında da fikirləri birmənalı qarşılanmayıb. Nazirlər Kabineti isə rəsmən qalmaqallı səs yazısının saxta olduğunu açıqlayıb.

Bundan sonra Qonçaruk istefa ərizəsi yazsa da, Prezident Vladimir Zelenski onun istefasını qəbul etməyib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.