DÜNYA
Ukrayna iyunun 15-dən beynəlxalq hava uçuşlarını bərpa edəcək
Kiyev, 28 may, AZƏRTAC
Ukrayna karantindən çıxış planına uyğun olaraq, iyunun 15-dən etibarən beynəlxalq uçuşları bərpa edəcək. Eyni zamanda, Ukraynaya gələn hər kəs 14 gün ərzində özünütəcrid qaydalarına riayət etməli və ya müvafiq müşahidə altında qalmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə brifinqdə Səhiyyə naziri Maksim Stepanov məlumat verib. Onun sözlərinə görə, hazırda avtomobil nəqliyyatı ilə Ukraynaya daxil olmaq və Ukraynadan çıxmaq mümkündür.
“Əgər siz avtomobillə Belarusa və ya Avropa İttifaqı ölkələrinə getmək istəyirsinizsə, artıq bunun üçün icazə tələb olunmur. Bundan əlavə, biz əgər aviauçuşlar barədə danışırıqsa, onlar karantindən çıxış planına uyğun olaraq iyunun 15-dən etibarən bərpa ediləcək. Lakin mən onu xatırlatmaq istəyirəm ki, Ukraynaya qayıdarkən hər bir kəs müəyyən edilmiş normalar çərçivəsində özünütəcrid qaydalarına riayət etməlidir. Bununla yanaşı, onlar “Дій вдома” proqramına qoşularaq 14 gün özünütəcrid şəraitində qalmalıdılar”, - deyə nazir bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]