SİYASƏT


Ukrayna mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilən kəndlərimizlə bağlı növbəti açıqlamasına geniş yer ayırıb

Kiyev, 16 oktyabr, AZƏRTAC

Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bəzi kəndlərimizin işğaldan azad edilməsi ilə bağlı növbəti açıqlamasına dair məqalələr dərc edib.

AZƏRTAC xəbər verir ki, Ukrinform, “RBK-Ukrayna” informasiya agentliyində, “Seqodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Twitter” səhifəsinə istinadla yazılıb: “ Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.