QAN YADDAŞI


Ukrayna portalında AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı soyqırımına dair məqaləsi verilib

Bakı, 22 fevral, AZƏRTAC

Ukraynanın “Vechirniykiev” portalında AZƏRTAC-ın Ukrayna, Belarus, Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Xocalı soyqırımı ilə bağlı “Cinayət cəzasız qalmamalıdır” sərlövhəli məqaləsi verilib.

Ukrayna dilində yayılan məqalədə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı zamanı ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edilir.

Müəllif yazır: “Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabının müəllifi, britaniyalı jurnalist Tomas de Vaal ilə müsahibəsində bildirib ki, Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”.

Məqalədə qeyd olunur ki, cinayət cəzasız qalmamalıdır. Xocalı soyqırımını törədənlər layiqli cəzalarını almalıdırlar. Dünya birliyi Ermənistanın Azərbaycan ərazisində Xocalı soyqırımı törətməsini qəbul etməli və buna siyasi-hüquqi qiymət verməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.