DÜNYA


Ukraynada “Bayraktar” zavodunun tikintisi üçün işlər davam etdirilir

Kiyev, 8 avqust, AZƏRTAC

Hökumət bu yaxınlarda Ukraynada “Bayraktar” zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqləyib və ratifikasiya üçün parlamentə göndərib. Şirkətin sahibi artıq Ukraynada torpaq sahəsi alıb, zavodun layihəsini özü hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya müsahibəsində Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar bildirib.

Səfirin sözlərinə görə, Ukraynada zavodun tikintisinə başlamaq öhdəliyi təkcə siyasi deyil, həm də praktikdir, çünki bu zavodda istehsal olunacaq modellərin əhəmiyyətli hissəsində Ukrayna istehsallı komponentlər tətbiq ediləcək.

Vasili Bodnar bildirib ki, təyyarələrin inşası zamanı mühərriklər, təkərlər və ya Ukrayna istehsalı olan digər ehtiyat hissələri istifadə edilə bilər.

"Müharibəyə baxmayaraq, şirkətlərimiz öz öhdəliklərini yerinə yetirməkdə davam edirlər”, - deyə Bodnar əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.