MƏDƏNİYYƏT


Ukraynada “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan Azərbaycan komandası ilə görüş olub

Kiyev, 16 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin gənclərlə bağlı dövlət siyasəti öz uğurlu nəticəsini verməkdədir. Bu gün bütün sahələrdə gənclərimiz bir çox uğurlara imza atır. AZƏRTAC xəbər verir ki, bu sözləri Odessa şəhərində 5-ci “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan ölkəmizin “Как по Маслу” komandası ilə görüşündə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib.

Səfir qeyd edib ki, hər bir gəncə, xüsusilə yaradıcılıqla məşğul olan gənclərə dəstək göstərilməlidir: “Azərbaycan bu festivalda ilk dəfə təmsil olunub və uğur qazanıb. İnanıram ki, komandanız Azərbaycanı digər ölkələrdə də uğurla təmsil edəcək”.

Görüşdə komanda üzvləri həmişə dövlətin dəstəyini hiss etdiklərini vurğulayıblar.

Xatırladaq ki, festivalda 213 komanda arasından 14 komanda mövsüm oyunlarına vəsiqə qazanıb. Təmsilçi komandamızın çıxışından dərhal sonra iki ulduz - məşqçi Qarik Birça və Olqa Polyakova ayağa qalxaraq komandaya nəsihətçi olmaq arzularını bildiriblər.

Nəsihətçi olaraq komandamız Ukraynanın pop-divası Olqa Polyakovanı seçib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.