DÜNYA


Ukraynada əhali üçün təbii qazın qiyməti artıb

Kiyev, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-dən Ukraynada əhali üçün təbii qazın qiyməti artırılıb.

AZƏRTAC Ukraynanın Nazirlər Kabinetinə istinadla xəbər verir ki, əhali üçün min kubmetr təbii qazın qiyməti 8548,92 qrivna olub (təxminən 23, 5 faiz artım).

Evlərə verilən istiliyə görə isə qazın qiyməti min kubmetrə görə 8361,85 qrivna hesablanacaq.

Bu günə qədər əhali üçün min kubmetrə görə təbii qazın qiyməti 6957,9 qrivna idi.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.