DÜNYA
Ukraynada prezident seçkilərində ikinci tura iddialı namizədlər müəyyənləşir
Kiyev, 11 mart, AZƏRTAC
Ukraynada keçiriləcək prezident seçkisi ilə bağlı potensial namizədlər reytinqində şoumen Vladimir Zelenskiy, hazırkı Prezident Petro Poroşenko, sabiq baş nazir, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenko liderlik edirlər. Onların hər üçü seçkilərin ikinci turuna iddialıdır.
AZƏRTAC xəbər verir ki, seçkiyə 20 gün qalmış “Reytinq” Sosioloji Qrupun apardığı sorğuya görə, respondentlərin 24,7 faizi V.Zelenskiyə, 18,3 faizi Y.Timoşenkoya, 16,8 faizi isə P.Poroşenkoya səs veriblər.
Sosioloji Qrupun sorğusuna əsasən, səsvermədə iştirakçıların 85 faizi seçki məntəqələrinə gələrək iştirak edəcəklərini açıqlayıblar.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, artıq 5-i digərlərinin xeyrinə namizədliyini geri götürüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]