CƏMİYYƏT
Ukraynada qrip səbəbindən 1000-dən artıq məktəb bağlanılıb
Kiyev, 5 fevral, AZƏRTAC
Ukraynada qrip və kəskin respiratorlu virus infeksiyası (KRVİ) səbəbindən 1000-dən artıq məktəb bağlanılıb. AZƏRTAC xəbər verir ki, təkcə paytaxt Kiyev şəhərində 106 məktəbdə qrip və kəskin respiratorlu virus infeksiyası səbəbindən karantin elan edilib.
Jitomir vilayətində 155, Lvov vilayətində 103, Çernovtsı vilayətində 193, Rivne vilayətində 100 və digər vilayətlərdə onlarla məktəb qrip və kəskin respiratorlu virus infeksiyasının yayılmasına görə bağlanılıb.
Qeyd edək ki, Ukraynada epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından 30 nəfər dünyasını dəyişib.
Səhiyyə Nazirliyi əhalinin qripə qarşı vaksin olunmasını vacib sayır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]